BAKI, 3 mart. TELEQRAF
Silahların və strateji materialların ixracı üzərində nəzarət səlahiyyəti Nazirlər Kabinetindən alınacaq.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir.
Qanun layihəsində bu səlahiyyətin Nazirlər Kabinetindən alınması təklif edilir.
Məsələ müzakirələrdən sonra səsə qoyularaq təsdiq edildi.