"Təbii ki, mülkiyyət müqəddəsdir, dövlət ondan da müqəddəsdir. Dövlət ehtiyacları üçün alınan torpaqlar vacibdir ki, öz həllini tapsın".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllə və və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, vaxtilə müxtəlif insanlar dəmiryollarının kənarında evlər tikiblər: "Bu artıq həmin ərazilərdə xətlərin genişləndirilməsi və yenidənqurulmasına ciddi problemlər yaradır".