BAKI, 13 fevral. TELEQRAF
"Hesabat ilə tanışlıq göstərir ki, 2025-ci il yanvarın 29-da keçirilən seçkilərdən sonra bələdiyyələrin fəaliyyətlərində nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Bu daha çox bələdiyyələrin büdcədən kənar maliyyə resurslarını cəlb etməkdə də özünü göstərməkdədir".
Teleqraf xəbər veri ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsinə münasibət bildirən deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsindən yerli büdcələr 7,5 milyon manat dotasiya ayrılıb: “Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir.
Hesabatdan göründüyü kimi, ötən il bələdiyyələrin torpaq və əmlak vergisindən daxilolmaları 26 faiz artıb. Bu təbii ki, pozitiv məqamdır və bələdiyyələrin maliyyə müstəqilliyinin güclənməsi onların fəaliyyətlərinin daha genişlənməsinə səbəb ola bilər.
Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir.
Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. Hesabatdan da görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir.
Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı. Son birləşmədən sonra da Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Bolqarıstanda 265, Belarusda 200, Rumiyada 103, Gürcüstanda 69, qardaş Türkiyədə 1394 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir”.
Deputat bildirib ki, bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur: "Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.
Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4132 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin də gücləndirilməsinə ehtiyac var. İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısı idarəetmənin daha da rəqəmsallaşması ilə bağlı tapşırıqlarını vermişdir. Həmin tapşırıqlara uyğun olaraq, bələdiyyərdə rəqəmsal mexanizmlərdən və eləcə də mərhələli şəkildə süni intelektdən istifadə imkanlarının genişləndirilməsinə ehtiyac var.
Bütün bunlar ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövisyə edərdik:
- Dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın;
- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin;
- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması prosesi daha da sürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısını almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar.
- Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi üçün fiskal mənbələrin sayı artırılsın".