BAKI, 2 fevral. TELEQRAF

Milli Məclisin Hesablayıcı və İntizam komissiyasının bu il üçün ilk iclası keçirilib.

Teleqraf xəbər verir ki, Hesablayıcı komissiyanın iclasında müzakirələrdən sonra deputat Eldar Quliyevin komissiyanın sədri, Mixail Zabelinin katib seçilməsi qərara alınıb. Komissiyanın digər üzvləri isə Sevinc Hüseynova, Naqif Həmzəyev, Rövşən Muradov, Soltan Məmmədov və Səbinə Salmanova olub.

İntizam komissiyasının iclası zamanı isə müzakirələrdən sonra deputatlar Eldar İbrahimovun komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərovun isə katib seçilməsi qərara alınıb.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının fevralın 2-də keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırılıb. Komissiyanın tərkibinə Eldar İbrahimov, Asim Mollazadə, Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Səttar Möhbaliyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Nizami Səfərov daxil ediliblər.