BAKI, 2 fevral. TELEQRAF

"Milli Məclis ötən ili uğurla başa vurub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında spiker Sahibə Qafarova deyib.

Spiker parlamentin beynəlxalq münasibətlər və əlaqələrin inkişafı ilə bağlı mühüm məqamlara toxunub. O, parlamentlərarası əlaqələrin inkişafında atılan bu addımlar olduqca önəmli olduğu qeyd edilib: "Xüsusilə, Bəhreynə işgüzar səfər zamanı Azərbaycanla Bəhreyn krallığı parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Milli Məclisi və Oman Milli Şurası arasında da Anlaşma memorandumunun imzalanması ilə bağlı razılıq əldə edilib".

Sahibə Qafarova həmçinin ölkəmizdə gənclərin bilik və bacarıqlarının sərgilənməsində, eyni zamanda Vətən müharibəsində, bir günlük antiterror tədbirlərində gənclərin öz üzərinə düşün vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.

Sədr əlavə edib ki, 2025-ci ildə, ümumilikdə, parlament öz fəaliyyəti ilə prezidentin daxili və xarici siyasətini dəstəkləyib: "2026-cı ilin yaz sessiyasında isə Nazirlər Kabinetinin hesabatının dinlənilməsi, 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında layihənin müzakirəsi, o cümlədən müvafiq qanun layihələrinin hazırlanması nəzərdə tutulub”.