BAKI, 28 yanvar. TELEQRAF
Parlament kibercinayətkarlığa qarşı konvensiyasını müzakirəyə çıxarır.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabahkı iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiq edilməsi haqqındadır.