BAKI, 28 yanvar. TELEQRAF
Uşaqlar barəsində yeni dövlət siyasəti müəyyən edilir.
Teleqraf xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakı kimidir:
- uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası;
- uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və bütün uşaqlar üçün bərabər imkanların yaradılması;
- çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi;
- uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması;
- uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması;
- uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.