BAKI, 28 yanvar. TELEQRAF

Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi təqdim olunub.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən iclasda komitə sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edir.