BAKI, 23 yanvar. TELEQRAF

"2023-cü ilə qədər yaşayış minimumu ehtiyac meyarından aşağı idi, lakin 2023-cü ildən sonra bərabərləşdi. Nəzərə alsaq ki, yaşayış meyarı və ehtiyac meyarı aztəminatlı ailələrə aid məsələdir və bunun böyük hissəsi ərzağa gedir, ərzaq inflyasiyası da yüksək olduğuna görə söhbət artımdan yox, kompensasiyadan gedir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

O qeyd edib ki, nə zamansa bunun fərqləndirilməsinə ehtiyac var: "Bizim hazırladığımız qanunvericilik sənədinin yenidən təqdim olunmasını təklif edirəm".