BAKI, 22 yanvar. TELEQRAF

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar 2025-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabat və digər cari məsələlərdən ibarətdir.