BAKI, 22 yanvar. TELEQRAF
"Bu ildən 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Bu, çox vacib məsələdir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, bütün dövlət proqramları icbari tibbi sığorta ilə qarşılanmalıdır.
Komitə sədri özəl tibb müəssisələri üçün onkoloji xidmətlə bağlı akkreditasiya standartının hazırlanıb, tətbiq olunmasını təklif edib: "Mənə də elə gəlir ki təkcə lisenziya tələbi gələcəkdə bu sahədə problemlərin qarşısını almaya bilər. Amma tibb müəssisələrindən onkoloji yardımla bağlı standartlar əsasında tələblər qoyulsa, məsələ aydınlaşa bilər".