BAKI, 22 yanvar. TELEQRAF
Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitə iclasının gündəliyinə üç məsələ daxil edilib.
Bunlar 2025-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsidir.
Həmçinin komitənin bugünkü iclasında “Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi də müzakirəyə çıxarılıb.