BAKI, 22 yanvar. TELEQRAF
Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitə iclasının gündəliyinə üç məsələ daxil edilib.
Bunlar Milli Məclisin 2025-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsidir.
Eyni zamanda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) komitənin bu günki iclasında müzakirəyə çıxarılacaq.