BAKI, 16 dekabr. TELEQRAF

Milli Məclisdə Pakistan və Özbəkistanla birlikdə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edən sazişlərin imzalanması təklif edilib.

Teleqraf xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edib.

O qeyd edib ki, bu çox vacib qanundur və strateji əhəmiyyət daşıyır: "Gələcəkdə Pakistan və Özbəkistanla da belə qanun layihələri imzalamalıyıq ki, ikitərəfli, çoxtərəfli əlaqələrimiz daha da genişlənsin".