BAKI, 16 dekabr. TELEQRAF
İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri dəyişdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.
Qanun layihəsində sözügedən müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.