BAKI, 16 dekabr. TELEQRAF
"Yas və toylarla bağlı nə qədər fərman çıxarsaq da, toy həmin toy olacaq. İstəyirsən özümüzü öldürək, istəyirsən qadağa qoyaq. Heç bir şeyə qadağa qoymaq mümkün deyil".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
"Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam", - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə söyləyib ki, insanları toy mədəniyyəti ilə bağlı maarifləndirmək lazımdır.
Qeyd edək ki, deputat Razi Nurullayev da çıxışı zamanı toylardakı israfçılıqdan danışıb və toyların beynəlxalq standartlara uyğunlaşdırılmalı olduğunu deyib.