BAKI, 16 dekabr. TELEQRAF
Nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi əsaslar müəyyən edilir.
Teleqraf-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.
Layihəyə əsasən, nəqliyyat-ekspedisiya fəaliyyəti yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçirilir.
Hüquqi şəxslər və fərdi sahibkarlar nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu halda zəruri lisenziyanı və icazəni almalı, habelə bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müvafiq müqavilələri bağlamalıdırlar.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.