BAKI, 10 dekabr. TELEQRAF
İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var, lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur.
Teleqraf xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, təklif edilən yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq.