BAKI, 10 dekabr. TELEQRAF

"Müzakirəyə çıxarılan qanunvericilik dəyişiklikləri əmək münasibətlərinin tənzimlənməsi sahəsində müasir çağırışlara cavab verən, əmək bazarındakı transformasiyaları nəzərə alan və bötüvlükdə sosial dialoqun institusional əsaslarının möhkəmləndirlməsinə yönəlmiş kompleks dəyişikliklər paketini əhatə edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, təklif olunan dəyişikliklərə bötüv şəkildə yanaşdıqda görürük ki, bu layihə əmək münasibətlərində hüquqi müəyyənliyi artırmağa, rəqəmsallaşma, məsafədən iş, yeni məşğulluq formaları ilə bağlı hüquqi boşluqları aradan qaldırmağa, işçilərin sosial və iqtisadi hüquqularının daha dolğun müdafiəsinə, eyni zamanda işəgötürənlər üçün aydın və proqnozlaşdırıla bilən hüquqi mühitin formalaşmasına xidmət edir. Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyası olaraq biz bu yanaşmanı prinsip etibarı ilə dəstəkləyirik və hesab edirik ki, layihə sosial tərəfdaşlıq modelinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Layihədə diqqəti çəkən bir neçə terminlər, anlayışlar var ki, bu çox vacibdir".