BAKI, 10 dekabr. TELEQRAF

Əmək Məcəlləsinə 457 dəyişiklik edilir və bu dəyişiklər təkcə sayına görə deyil, həm də sanbalına görə böyük dəyişikliklərdir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, Azərbaycanda elektron hökumət qurulması istiqamətində böyük iş gedir və bunlar bizim hüquqi sənədlərdə də öz əksini tapmalıdır: “Bu dəyişikliklər eyni zamanda bütün normaların bir standart çərçivəsinə gətirilməsi baxımından önəmlidir”.

Komitə sədri əlavə edib ki, əmək qanunvericiliyinə ailə vəziyyəti olan işçi, məsafədən iş, atalara doğuşla bağlı məzniyyət və s. kimi yeni anlayışlar gətirilir.