BAKI, 8 dekabr. TELEQRAF
"Süni intellekt artıq üzvi sürətdə həyatımıza daxil olub".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O qeyd edib ki, hazırda çox böyük informasiya axını var: “İnsan bu informasiyaları qəbul etmək iqtidarında deyil. Ona görə də süni intellektin imkanlarına ehtiyac var. Sözsüz ki, bunun mənfi tendensiyaları da ortaya çıxır. Bunun üçün data mərkəzlərinin yaranmasına ehtiyac var. Amma bu data mərkəzlərinin ekologiya və ətraf mühitə mənfi təsirləri də mövcuddur”.
Nazir müavini bildirib ki, süni intellektlə bağlı alətlərin ekologiyaya mənfi təsirləri ilə bağlı tendensiyalar var: “Elm və təhsil nazirliyi bu istiqamətdə araşdırmalara başlayıb. Xüsusilə məktəblərdən başlayaraq süni intellektlə bağlı maarifləndirmə işləri aparılır. Eyni zamanda bu gün şagirdlərə süni intellektlə bağlı əsas anlayışlar aşılanır. Məqsəd sözsüz ki, ilkin olaraq təsəvvürlərin yaranmasına yönəlib”.