BAKI, 8 dekabr. TELEQRAF

"İqlim sahəsində atılan addım inkişaf trendinə çevrilməlidir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda energetika nazirinin müavini Elnur Sultanov deyib.

O qeyd edib ki, iqlim mövzusunda rəqəmsallaşma istiqamətində addımlar atılır: “Rəqəmsallaşma məhsuldarlığı artırmaqla yanaşı, kiberhücumların da qarşısını almış olur. Eyni zamanda kommunal xidmətlərin vahid sistem üzərində qurulması ilə bağlı mühüm hədəflər mövcuddur”.

Nazir müavini bildirib ki, rəqəmsallaşdırma qurumların vahid sinir sisteminin qurulmasını özündə ehtiva edir: “Bu da qərarvermədə olduqca önəmlidir. Süni intellektin inkişaf etdiyi dövrdə məlumatların emal edilib, qərar verilməsi daha çevik hala gəlmiş olur”.