BAKI, 8 dekabr. TELEQRAF

"Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı və onun fəaliyyəti aktivləşdirilməlidir. Akademiyanın yaxından iştirakı ilə televiziyalarda Azərbaycan dilli verilişlərin yeni formatda təşkil olunmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib.

AMEA prezidenti bildirib ki, Dilçilik İnstitutunda orfoepiya lüğəti hazırlanır.