BAKI, 10 sentyabr. TELEQRAF

Dövlət tərəfindən hər beş nəfərdən bir nəfərə sosial yardım verilir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, bu, dövlətin vətəndaşa olan münasibətinin bariz nümunəsidir: “Digər sosial ödənişlər də verilir. Özəl sektorun da bu istiqamətdə payı artmalıdır. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq addımların atılması məqbuldur”.

Komitə sədri bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan sakinlərlə yanaşı, orada çalışanların ümumi sayı 53 min nəfər təşkil edir.