BAKI, 8 dekabr. TELEQRAF

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Məmməd İbrahimin barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda Əli Kərimlinin barəsində də 2 ay 15 gün müddətinə həbs qərarı verilib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.