BAKI, 1 dekabr. TELEQRAF
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliinin müşaviri Məmməd İbrahimin barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib.
Məmməd İbrahimin barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Əli Kərimlinin ittiham olunduğu maddəyə görə, on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.