BAKI, 19 iyun. TELEQRAF

Xalq artisti Flora Kərimova sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə Teleqraf-a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

O bildirib ki, Flora Kərimovanın səhhəti normallaşıb və sabah günün ikinci yarısı xəstəxanadan evə buraxılacaq.

Qeyd edək ki, Flora Kərimovanın səhhəti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.