
Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti Fatma Mahmudova insult keçirərək özəl xəstəxanaların birinə yerləşdirilib.
Xalq artistinin qızı İntizar Tofiqqızı Teleqraf.com-a anasının son durumu haqqında məlumat verib.
"Anam hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Müalicəsi davam edir. Artıq reaksiya verir. Amma yanına heç kəs buraxılmır", - deyə o vurğulayıb.
Qeyd edək ki, Fatma Mahmudovanın 70 yaşı var.