Tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımovanın adından dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fərqanə Qasımova özünün instaqram səhifəsində məlumat verib:

"Mənim adımdan pul istəyirlər, xahiş edirəm, diqqətli olun. Yəni ki, keçdilər mənim adıma. Bilin ki, mən deyiləm".