Türkiyəli aktyor Cem Yılmazın səhhətində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, bu haqda özü məlumat verib.

Aktyor şou zamanı tamaşaçılarına sağ gözünün görmə qabiliyyətinin yarısını itirdiyini deyib: "Gözüm görmür. Həkimə getdim, sağ gözümdə çox maraqlı bir xəstəlik olduğunu dedi. Torlu qişa arxadakı yerindən ayrılıb. Gözüm 50 faiz görmə qabiliyyətini itirib".