BİLƏSUVAR. 13 avqust, TELEQRAF

Avqustun 13-də saat 20 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

20:46
***

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alan kişi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.