BAKI, 13 avqust. TELEQRAF

Avqustun 13-də İsveç Parlamenti ölkədə hüquqi və immiqrasiya siyasəti ilə bağlı bir neçə qanun layihəsini səsverməyə çıxarıb.

Teleqraf xəbər verir ki, qanun layihələrindən biri müəyyən ağır cinayətlərə görə cinayət məsuliyyəti yaşını 14-ə endirilməsini nəzərdə tutur.

Hökumət bu yaş həddinin 13-ə endirilməsini nəzərdə tutsa da, Riksdaqa çatmamış rədd edilib.

Bu qərar o deməkdir ki, hətta 14 yaşlılar belə həbs cəzasına məhkum edilə bilərlər.

Parlament həmçinin İsveçdə müvəqqəti yaşayış icazəsi olan şəxsin ailəsinin bu ölkəyə gəlməsi üçün azı iki il gözləməli olmasına səs verib. Bundan əlavə, müvəqqəti yaşayış icazəsinin hər dəfə yenilənməsi zamanı səlahiyyətli orqanlar miqrantlar üçün gəlir tələblərinin yerinə yetirilib-yetirilmədiyini yoxlayacaqlar.