BAKI, 14 avqust. TELEQRAF
Türkiyə Mərkəzi Bankı 2026-cı ilin sonuna inflyasiya ilə bağlı proqnozunu artırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu əvvəlki 26 faizdən 28 faizə yüksəldib.
Beləliklə, Türkiyənin pul-kredit siyasətini müəyyənləşdirən əsas qurum ilin sonuna dair inflyasiya gözləntisini 2 faiz bəndi artırıb.
“Bloomberg” qeyd edir ki, proqnozun yenilənməsi Türkiyədə qiymət artımının gözləniləndən daha yüksək səviyyədə qala biləcəyinə işarə edir.