BAKI, 13 avqust. TELEQRAF

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo”nu (Kiyev) məğlub edib.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın ilk qolunu 12-ci dəqiqədə Jaly Muaddib vurub. Komandanın ikinci qoluna isə 69-cu dəqiqədə Aleksey Kaşuk imza atıb.

Beləliklə, “Qarabağ” iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə üstün olub və UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə “Dinamo Kiyev” 1:0 hesablı qələbə qazanmışdı.

***

21:31

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" "Dinamo" ilə qarşılaşır.

Teleqraf xəbər verir ki, Ağdam klubu doğma meydanda hesabı 2:0 edib.

Qolun müəllifi 69-cu dəqiqədə Aleksey Kaşuk olub.

***

21:07

“Qarabağ”ın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo Kiyev”lə görüşünün ikinci hissəsi başlayıb.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.

***

20:50

“Qarabağ” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo”ya (Kiyev) qarşı ilk hissəni üstün başa vurub.

Teleqraf xəbər verir ki, Bakıda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsindən sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.

Matçda hesab 12-ci dəqiqədə açılıb. “Qarabağ”ın heyətində Jaly Muaddib fərqlənərək komandasını önə keçirib.

Bu qoldan sonra “Qarabağ” iki oyunun nəticəsinə görə ümumi hesabı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk qarşılaşmada “Dinamo Kiyev” 1:0 hesablı qələbə qazanıb.

***

20:12

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" "Dinamo" ilə qarşılaşır.

Teleqraf xəbər verir ki, qarşılaşmada hesab açılıb. 12-ci dəqiqədə Jaly Muaddib fərqlənib.

***

20:00

“Qarabağ” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşır.

Bakı vaxtı ilə saat 20:00-da start götürən görüş “Qarabağ” üçün mərhələnin taleyi baxımından həlledici xarakter daşıyır. Ağdam klubu ilk oyunda qeydə alınan 0:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq növbəti mərhələyə vəsiqə qazanmağa çalışır.

“Dinamo Kiyev” isə ilk görüşdə əldə etdiyi minimal üstünlüyü qorumaq niyyətindədir.

Qarşılaşmanın baş hakimi İngiltərədən Stuart Attvelldir.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk qarşılaşmada “Dinamo Kiyev” 1:0 hesablı qələbə qazanıb.