GƏNCƏ, 13 avqust. TELEQRAF

Gəncədə zəncirvari qəza baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü tərəfindən törədilən qəza zamanı "Cevrolet" "BYD" və "VAZ 21015" markalı avtomobillər toqquşub.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.