BAKI, 14 avqust. TELEQRAF
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) iki gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət informasiya agentliyinin yaydığı ADNOC-un bəyanatında bildirilib.
“Avqustun 13-də axşam saatlarında şirkətin iki gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, vəziyyət nəzarət altındadır”, – açıqlamada qeyd olunub.
BƏƏ Xarici İşlər Nazirliyi hücuma görə İranı məsuliyyət daşımaqda ittiham edib. Əbu-Dabi Tehrandan hücumları dayandırmağı və Hörmüz boğazını “tam və qeyd-şərtsiz” açmağı tələb edib.
Qeyd edək ki, avqustun 8-də ADNOC-a məxsus daha bir gəmi Hörmüz boğazında raket hücumuna məruz qalıb. Həmin hadisədə xəsarət alan olmayıb.
Şirkətin məlumatına görə, regionda münaqişə başlayandan bəri ADNOC-un 15 gəmisi Hörmüz boğazında raket və pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Bu hücumlar nəticəsində bir ekipaj üzvü həlak olub, daha 20 nəfər yaralanıb.
***
01:20
Birləşmiş Ərəb Əmirliklərinin ADNOC neft şirkətinə məxsus iki gəmi Hörmüz boğazında hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, hadisə avqustun 13-də axşam saatlarında Hörmüz boğazında baş verib.
Hücum nəticəsində gəmilərdə olan şəxslər arasında xəsarət alan olmayıb.
Hadisənin digər təfərrüatları, o cümlədən hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə hələlik məlumat verilməyib.