BAKI, 14 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal edilən bəzi növ pilotsuz uçuş aparatlarına (PUA) və onların komponentlərinə 100 faiz həcmində gömrük rüsumunun tətbiq edilməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Müəyyən pilotsuz uçuş aparatlarına və onların komponentlərinə advalor, yəni məhsulun dəyərinə mütənasib gömrük rüsumlarının tətbiqini zəruri və məqsədəuyğun hesab edirəm”, – Tramp bildirib.

Qərara əsasən, ABŞ-yə idxal edilən müəyyən kateqoriyadan olan dronlara və onların komponentlərinə 100 faizlik rüsum tətbiq olunacaq.

Ağ Evin açıqlamasında qərarın avqustun 13-də ABŞ Prezidenti tərəfindən verildiyi qeyd olunub.