BAKI, 14 avqust. TELEQRAF

Norveçdə turist gəminin siqnalı ilə yatan ağ ayını oyandırdığı üçün 50.000 kron (təxminən 9 min manat) cərimələnib.

Teleqraf xəbər verir ki, hadisə avqustun əvvəlində Şimal qütbündən təxminən 1000 km aralıda, Şpitsbergen arxipelaqının şimal-qərb fyordlarından birində baş verib. Gəmidəki sərnişinlər sahildə yatmış ağ ayı görüblər, bundan sonra gəmidəki insanlardan biri duman siqnalını işə salıb. Heyvan oyanıb və başqa yerə köçüb.

Şpitsbergen qubernatoru Lars Fause qayda pozan şəxsin 50.000 Norveç kronu məbləğində cərimə olunduğunu açıqlayıb.

Ağ ayılar Şpitsbergendə 1972-ci ildən bəri qorunur. Yerli qanunlar bu heyvanları lazımsız şəkildə narahat etməyi, diqqəti cəlb etməyi və ya təqib etməyi qadağan edir. 2015-ci ildə aparılan son elmi qiymətləndirməyə görə, arxipelaqda təxminən 250 ağ ayı olub.

Bu, Şpitsbergendə vəhşi təbiəti narahat etdiyinə görə turistin cərimələnməsi ilə bağlı ilk hal deyil. 2024-cü ildə bir turist çimərliyə çox yaxınlaşdığına görə 11.500 Norveç kronu məbləğində cərimələnmişdi.