BAKI, 13 avqust. TELEQRAF
Amerika silahlı qüvvələri İranın dəniz blokadasını qeyri-müəyyən vaxta qədər davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset jurnalistlərlə görüşündə bildirib.
Nazir qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu cür blokadanı qeyri-müəyyən müddətə saxlaya bilər: "Çünki biz gəmilərimizi növbə ilə hərəkət etdirəcəyik və bunu edirik və etməyə davam edəcəyik" .