BAKI, 13 avqust. TELEQRAF

Polşa xüsusi xidmət orqanları Ukrayna əsilli ABŞ vətəndaşına qarşı sui-qəsdin qarşısını alıb. Hakimiyyət orqanlarının məlumatına görə, qətlin sifarişi Rusiyadan verilib.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

O qeyd edib ki, Rusiya vətəndaşı avqustun 7-də Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları tərəfindən polislə əməkdaşlıq çərçivəsində həbs edilib.

Tusk qeyd edib ki, potensial qurbanın həm ABŞ və həm də Ukrayna vətəndaşlığı var. Baş nazir sui-qəsdin qarşısının alınması əməliyyatının Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini vurğulayıb.

"Bu, Rusiyanın əmri ilə NATO ölkəsi ərazisində - Varşavada ABŞ vətəndaşına qarşı ilk sui-qəsd cəhdi planıdır" - Tusk qeyd edib.