Azad Azərbaycan (ATV) televiziyasından aparıcı Şənay Mustafayevanın avtomobil qəzası keçirməsinə münasibət bildirilib.
ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Telekanal olaraq rəhbərlik səviyyəsində Şənay Mustafayeva ilə maraqlanmışıq. Kollektivizim həmkarımıza Allahdan şəfa diləyirik. Hadisənin necə baş verməsi ilə bağlı məlumatımız yoxdur. Bu məsələylə hüquq-mühafizə orqanları məşğul olur".
Qeyd edək ki, Şənay Mustafayeva ATV-nin hava proqramının aparıcısıdır.
Avtomobil qəzası mayın 28-də saat 14:30-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verib.