Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

İfaçı əməkdaşımızın "Bakıda ev almağı düşünürsünüz?" sualına belə cavab verib: "Bakıda bütün evlər mənimdir. Anamın doğulduğu yerdə otellər yox idi. Ona görə kimdən qalmağa yer soruşsan, səni öz evinə aparar. Bakıda da özümü elə görürəm. Burada kimə desəm ki, meni evinizə aparın, əminəm ki, apararlar. Bilirəm ki, Azərbaycanda mənim çox qapım var. Kimin yanına getsəm, məni evində qonaq edər. Buna görə də sizi çox sevirəm".