Türkiyənin məşhur müğənnisi Çelik Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, "TMB Media" şirkətinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Çelik məşhur mahnılarını, o cümlədən Azərbaycanın "Ayrılıq" mahnısını səsləndirib.

İfaçının konserti anşlaqla keçib.

Qeyd edək ki, ifaçı mayın 4-də isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib.