BAKI, 14 avqust. TELEQRAF

Kolumbiyada 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində həlak olanların sayı 281-ə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın “Blu Radio” radiostansiyası məlumat yayıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 3 971 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 379 nəfər itkin düşmüş hesab olunur.

Ən çox ölüm halı Kali şəhərində qeydə alınıb. Burada zəlzələ nəticəsində həlak olanların sayı 96-ya çatıb.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 273 nəfərin öldüyü bildirilmişdi.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.