“Yaxşı dost, övlad və sənətçiyəm. Çünki ən yaxşı işləri görmək istəyirəm. Əsla kiminsə haqqına girmərəm. Ölənə qədər belə olacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan Arb televiziyasında yayımlanan “Söz-baz” verilişində deyib.

“Gözəl ana, yoxsa əsl sənətkar olmaq daha çətindir” sualına Xalq artisti belə cavab verib: “Gözəl ana olmaq əsasdı - əgər sənətkar ola bilirsənsə... Bu mənim üçün belədir. Hər ikisi mənə görə sənətdir. Övladım üçün nəsə edə bilmirəmsə, o həyatı istəmirəm. Oğlum Hüseynin 15 yaşı var”.

Röya Ayxan Hüseynin Bakı Konqres Mərkəzində baş tutan konsertində ona dəstəyindən də danışıb: “Oğluma deyirəm, xahiş edirəm, yanımda ol. Bəlkə də onun yaşadığı yer, mühiti məni Hüseyndən ayırır. Amma bir gün məni sevər və bütün əziyyətlərimi anlayar. İndi Hüseyn elə yaşdadır ki, ona yanımda dur, məni dəstəklə deyə biliirəm. Məncə, o məni sadəcə ana kimi çox sevir”.

Röya Ayxan imic dəyişikliyindən da danışıb: “Özümü qısa saçda daha çox sevirəm. Sadəcə paltara görə uzun saçda oluram. Qısa saçda sanki daxilimdə bir Röya var. Dostlarım deyirlər ki, qısa saçda uşaq görsənirsən, məktəbliyə oxşayırsan”.

Xalq artisti sevgi qadını olduğunu vurğulayıb: “Yaxşı ki Allah məni şairə yaratmayıb. Şairə olsaydım daha ağır sözlər yazardım. Mən söz müğənnisiyəm. Mahnılarımda sözlərin ağır olmasına baxmayaraq hələ də uşaqlığımı içimdə yaşadıram. Bəzən çox uşaq kimi oluram”.

Ayan Babakişiyevanın "Röya Ayxan, Aygün Kazımova, Gülay Zeynallı və mən brend geyinirəm" açıqlamasına münasibət bildirirkən deyib: “Başqa müğənnilər də brend geyinir, amma onlarda görsənmir. Ayan Babakişiyevanın fikirləri xoşuma gəldi. Mən onu da deyim ki, populyar olmayan ucuz markanın geyimini belə geyinsəm brend kimi görsənəcək”.