
Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanovun nəşi məsciddən evinə gətirilib.
Mərhumun yaxınlarından Teleqraf.com-a daxil olan məlumata görə, Emil Rəhmənov bu gün dəfn olunacaq.
Qeyd edək ki, Emil Rəhmanov bu gün səhər saatlarında xəstəxanada vəfat edib.