BAKI, 15 avqust. TELEQRAF

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “KIA” markalı avtomobilə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.