Xalq artisti Röya Ayxan üç gün ard-arda baş tutacaq konsertinin rejissoru məlum olub.

Teleqraf.com xəbər verir ki, estrada ulduzu “Dəli kimi” adlı musiqili gecədə rejissor Ranar Musayevla çalışacaq.

O, 7 ildən sonra ilk dəfə konsert layihəsini rejissora həvalə edəcək.

“Sonuncu dəfə belə konsertimiz Heydər Əliyev Sarayında olub. Rejissorlar çalışmışdı, bənzər obrazlar yaradılmışdı. Neçə il sonra yenidən o həvəsi yaşadığım konsertim olacaq. Axır ki, mənə də qismət oldu. İlk dəfə Ranar Musayevlə solo işim olacaq”, - deyə, Röya Ayxan bildirib.

Qeyd edək ki, konsert 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində baş tutacaq.