Xalq artisti Röya Ayxanın üç ildir təxirə düşən konserti bu ay baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl adı “Nazlı” olan konsertin adı dəyişdirilərək “Dəli kimi” təqdim edilib. Tədbir 27, 28, 29 yanvarda olacaq.

Musiqili gecənin Bakı Konqres Mərkəzində reallaşdırılması planlaşdırılır.

Əvvəlki tarixə alınan biletlər keçərli olacaq.

Qeyd edək ki, Röya Ayxan 22-25 sentyabrda baş tutması planlaşdırılan konsertini Azərbaycan ordusunun şəhid verməsi ilə əlaqədar təxirə salmışdı.