Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün ilə aktyor Engin Akyürekin sevgili olduğu iddia edilib.

Teleqraf.com xəbər verir ki, ikili birlikdə Parisdə görüntüləniblər.

Engin Akyürekin tez-tez Tuba Büyüküstünün taxdığı sarğısını biləyinə bağlaması sevgi iddiasını gücləndirib.

Qeyd edək ki, Tuba Büyüküstün və Engin Akyürek "Kara Para Aşk" və "Sefirin Kızı" seriallarında baş rolları canlandırıblar.